"Azərbaycan 15 erməni əsir qarşılığında 97 min tank əleyhinə mina xəritəsini aldı"- Fuad Ələkbərov - FOTO

Hazırda oxunan: "Azərbaycan 15 erməni əsir qarşılığında 97 min tank əleyhinə mina xəritəsini aldı"- Fuad Ələkbərov - FOTO
24572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Cənubi Qafqazdan bəzi müsbət xəbərlər. Azərbaycan 15 erməni əsiri  Ağdam bölgəsindəki 97 min tank əleyhinə və piyada əleyhinə mina xəritələrini Azərbaycana təqdim etmək müqabilində Ermənistana təhvil verib. Mübadilə bu gün Azərbaycan-Gürcüstan sərhədində baş verib." 

Bizim.Media xəbər verir ki, bunu siyasi şərhçi Fuad Ələkbərov özünün Tvitter hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI

 Ağdamın mina xəritələri müqabilində 15 erməni təhvil verildi - RƏSMİ - FOTO


"Erməni analitiklər və siyasi mütəxəssislər belə bir xəritələrin olmadığını, müharibədə qoyulan minaların erməni qüvvələri geri çəkildiyi zaman tələsik dağıdıldığını iddia edirdilər. Bu xəbər onların yalanlarını ifşa etdi"

Qeyd edək ki, bu gün - 2021-ci il  12 iyun tarixində Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan da sosial şəbəkə hesabında paylaşım edib. O, qaytarılan erməni əsirlərin fotosunu paylaşaraq "15 erməni qardaşımız geri dönür" deyə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO