Azərbaycanla Gürcüstan arasında 4 sənəd imzalandı – FOTO

Azərbaycanla Gürcüstan arasında 4 sənəd imzalandı – FOTO

Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında 4 sənəd imzalandı – FOTO
230451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

akıda keçirilən Azərbaycan ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında dörd sənəd imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. 
 

Bildirilib ki, Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar. 


Eyni zamanda Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. 

Azərbaycanla Gürcüstan arasında 4 sənəd imzalandı – FOTO - foto 1
Azərbaycanla Gürcüstan arasında 4 sənəd imzalandı – FOTO - foto 2
Azərbaycanla Gürcüstan arasında 4 sənəd imzalandı – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO