Qərbi Azərbaycan İcmasının üzvü BMT-nin tribunasından ailəsinin Ermənistandan zorla qovulmasından DANIŞDI

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının üzvü BMT-nin tribunasından ailəsinin Ermənistandan zorla qovulmasından DANIŞDI

182919

Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə 55-ci sessiyası çərçivəsində keçirilən Ümumdünya İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş tədbirdə çıxış edib. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ailəsi Ermənistanın Vedibasar rayonunda yerləşən yaşadıqları dədə-baba yurdundan 1988-ci ildə etnik təmizləmə nəticəsində çıxarılıb.

O, 300 mindən çox azərbaycanlının tarixən əksəriyyət təşkil etdikləri ərazilərdən XX əsrdə üç dəfə zorla qovulması barədə məlumat verib.

Bildirib ki, müsəlman mədəni irsinin, qəbristanlıqların vandalizmə məruz qalması, məscidlərin dağıdılması Ermənistanın etnik təmizləmə yolu ilə ölkəsini monoetnik və monodin ölkəyə çevrilməsi islamafobiyanın bariz nümunəsidir.

“Biz, vətəndaş cəmiyyəti təşkilatları olaraq insanlara qarşı ayrı-seçkiliyin bütün formalarını pisləyirik və Ermənistanı dinlərə qarşı tolerant olmağa və onlara hörmət etməyə çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının üzvü yüksək tribunadan bəyan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO