NATO baş katibi Bakıda üç mühüm görüş KEÇİRƏCƏK

NATO baş katibi Bakıda üç mühüm görüş KEÇİRƏCƏK

Hazırda oxunan: NATO baş katibi Bakıda üç mühüm görüş KEÇİRƏCƏK
182832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, NATO-nun baş katibi Yens Stoltenberq sabah – martın 17-də Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, Yens Stoltenberqin Bakıda hansı görüşlərdə iştirak etdəcəyi məlum olub.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib.
Stoltenberq martın 17-də Bakıda prezident İlham Əliyevlə, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.

Martın 18-də NATO-nun baş katibi Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.

Həmin gün NATO-nun baş katibi Ermənistanın baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edəcək.

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhatə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO