XİN: Azərbaycanın daxili işlərinə qarışmamağı Fransadan tələb edirik

XİN: Azərbaycanın daxili işlərinə qarışmamağı Fransadan tələb edirik

Hazırda oxunan: XİN: Azərbaycanın daxili işlərinə qarışmamağı Fransadan tələb edirik
181727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

"Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk.

İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobiya və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, bu, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur.
Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir.

Bir daha, Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik" - bəyanatda deyilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO