Prezident seçkilərində namizədlərin topladığı YEKUN SƏSLƏR

Prezident seçkilərində namizədlərin topladığı YEKUN SƏSLƏR

Hazırda oxunan: Prezident seçkilərində namizədlərin topladığı YEKUN SƏSLƏR

177675

Növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub.

Bizim.Media xəbər verir ki, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz (26 517 səs).

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO