Pakistan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib - Xalid Taimur Akram

Pakistan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib - Xalid Taimur Akram

Hazırda oxunan: Pakistan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib - Xalid Taimur Akram
17546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.

Bizim.Media xəbər verir ki, bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.

"Pakistan Qarabağ münaqişəsinin başlandığı andan Azərbaycanı dəstəkləyib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyinin şahidi olduq və torpaqların azad olunması ilə bağlı Azərbaycanın sevincini bölüşürük", - deyə X.T.Akram vurğulayıb.

İcraçı direktor bildirib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər 1991-ci ildən başlayır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olub.

Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ilin martında qurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO