Ermənistan Hindistandan gələn silahları Rusiyaya ÖTÜRÜR? – SENSASİON DETALLAR 

Ermənistan Hindistandan gələn silahları Rusiyaya ÖTÜRÜR? – SENSASİON DETALLAR 

Hazırda oxunan: Ermənistan Hindistandan gələn silahları Rusiyaya ÖTÜRÜR? – SENSASİON DETALLAR 

170700

Artıq iki ilə yaxındır ki, Ermənistanın silah alışında Hindistan mühüm yer tutmağa başlayıb. İrəvanın bu ölkədən aldığı silahların həcmi artır. Hətta onlar arasında hücum silahları da vardır. Ermənistan artıq Rusiya silahlarına o qədər də maraq göstərmir. Onun əvəzini Hindistan və Fransadan aldığı silahlarla doldurmağa çalışır.

Bundan əlavə, bir sıra mətbu orqanların yazdığına görə, Ermənistan Hindistandan gələn silahları əslində Rusiyaya ötürür. 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, son 2 ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfəyə yaxın artıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Hindistan Ermənistana hərbi texnika göndərir - VİDEO


“İllik qarşılıqlı ticarət dövriyyələri 5 mlrd. dolları keçib. Belə "düşmənçilik" olmur. Son 2 ildə Ermənistan Rusiyaya 3,7 mlrd. dollarlıq ikili təyinatlı mal "ixrac" edib - yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqlar. Yaxşı, Ermənistan bu məhsulları istehsal edirmi? Təbii ki, yox, Rusiya Ermənistanda yerli şirkətlər yaradıb rahatca işləyir. İrəvan da burdan pul qazanır, ona görə ÜDM artımı onlarda tarixi rekordlar vurur. 

Hindistan məsələsinə gəlincə...

Qərb özü-özünə Rusiyaya neft-neft məhsulları almağı qadağan edib, amma şimal qonşumuzun enerjisinə ehtiyacları var. Belə olan halda maraqlı bir sxem düşündülər - Hindistan Rusiyadan neft alır, başqa tankerə boşaldır və ya emal edir, onu da Avropaya satır. Formal olaraq bu artıq rus nefti olmur, Qərbin vicdanı "təmiz" qalır, amma ehtiyacını da ödəmiş olur. 

2023-cü ilin ilk yarısında Hindistan Rusiyadan 2022-ci ilin eyni dövrünə nisbətən 11 dəfə çox neft alıb. Rusiya bu ilin ilk 6 ayında Hindistana 31,6 mlrd. dollarlıq mal (neft/neft məhsulları) satıb, həmin ölkədən isə cəmi 1,7 mlrd. dollarlıq mal alıb - beləliklə, 30 mlrd. dollara yaxın Rusiyanın lehinə müsbət saldo yaranıb və bu vəsait Hindistan rupisində, bu ölkənin banklarına yığılıb. 

Çünki Hindistan Mərkəzi Bankı onları konvertasiya edib Rusiyaya ötürməyə mane olacaq qərar verib.

Bilirlər ki, Kremlin başqa yolu yoxdur, Rusiya nefti satmaqda davam edəcək. Hindistan qərar verdi ki, Rusiya o rupilərə ölkədən nə istəsə alıb-apara bilər.

Belə bir məqamda, son aylar Hindistan, nədənsə, Ermənistanı yaman sevməyə başlayıb, ard-ardına silah anlaşmaları imzalayır, silah göndərirlər. Bəyəm İrəvanın indi Hindistandan silah almağa ildə 1 mlrd. dollar artıq pulu var?! 

Məncə, sxem belədir - Rusiya Hindistan banklarında ilişən 30 mlrd. dollarlıq rupi ilə silah alıb, Ermənistan alırmış kimi rəsmiləşdirib, İrəvana göndərirlər. Sonra da həmin silahlar Rusiyaya gedir. Hindistanın istehsal etdiyi bəzi silah növləri, raketlər Rusiyanın istehsal etdiyi ölçüdə və kalibrdədir, hətta Rusiya üzərindəki yazıları, nömrələri asanlıqla dəyişib onlardan öz malı kimi istifadə edə bilər”.

“Ermənilər maraqları naminə Qərbi də satarlar”

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, İrəvanın belə bir addım atması gözləniləndir: 

“Ermənilərdən hər şey gözləmək olar. Hindistanın Ermənistana silah göndərməsini ABŞ seçib. Amerika Hindistanın əlilə Ermənistana təsir edir. Qərb Ermənistandan istifadə edərək, Rusiyanı Cənubi Qafqazdan çıxarmağa və boşalacaq yeri özləri tutmağa çalışır. Belə bir vəziyyətdə özünü Qərbpərəst kimi göstərən Paşinyan iqtidarı Hindistandan alınan silahları Rusiyaya ötürürsə, bu İrəvanın öz çirkin niyyətləri naminə müttəfiq hesab etdiklərini satmaq da daxil, istənilən oyuna getməyə hazır olduğunun göstəricisidir. 

Aydın məsələdir ki, Rusiya Ermənistan vasitəsilə Hindistandan gələn silahlardan Ukraynaya qarşı müharibədə istifadə edəcək.

Hindistan öz silahlarını satmaq üçün bazar axtarır. Amerikadan çəkindikləri üçün öz silahlarını birbaşa Rusiyaya verə bilmirlər. Ona görə də, vasitəçi qismində son zamanlar hərbi əlaqələri genişləndirdikləri Ermənistandan istifadə edirlər.

Dəfələrlə sübut olunub ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən əsas ölkələrdən biri Ermənistandır. Hindistan silahları ilə bağlı məsələ də onun bir nümunəsidir. Ermənilər düzələn deyil. Qərb də nəhayət anlamalıdır ki, ermənilər öz maraqları naminə ölkələrini belə satar”.  

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO