Ağ Evin anti-Azərbaycan siyasətinə CAVAB – “ABŞ şirkətlərinin fəaliyyəti araşdırılmalıdır”

Ağ Evin anti-Azərbaycan siyasətinə CAVAB – “ABŞ şirkətlərinin fəaliyyəti araşdırılmalıdır”

Hazırda oxunan: Ağ Evin anti-Azərbaycan siyasətinə CAVAB – “ABŞ şirkətlərinin fəaliyyəti araşdırılmalıdır”

164849

ABŞ-ın Azərbaycana qarşı tutduğu qərəzli mövqe, Senatın qəbul etdiyi ermənipərəst müdafiə aktına cavab olaraq Bakı da həmin ölkəyə qarşı müəyyən tədbirlər görməlidir. Məsələn, ABŞ-ın addımlarına cavab olaraq, onun  Azərbaycandakı biznes şəbəkələrinə qarşı iqtisadi sanksiya tətbiq etməklə sərt mövqeyimizi ortaya qoya bilərik. Bu zaman Azərbaycan heç nə itirməyəcək. Çünki ABŞ şirkətlərinə Azərbaycana dost ölkələrin timsalında alternativ tapmaq o qədər çətin deyil.

“ABŞ şirkətlərinin fəaliyyəti araşdırılmalıdır”

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev ABŞ-ın qərəzli siyasətinə cavab olaraq Bakının ata biləcəyi addımlara diqqət çəkib:

“Azərbaycanda Amerikanın bir sıra təzyiq üsulları var. Burada ölkəmizi qarışdırmağa çalışan YUSİAT təşkilatı mövcuddur. Onun fəaliyyətini dayandırmaq lazımdır. Ölkəmizdə həmçinin, ABŞ-ın ingilis dilində bir sıra kanalları yayılır. Onların ölkəmizdəki “HAMAM Times”, “MeydanTV”, “Azadlıq Radiosu” kimi təbliğat vasitələrini bağlamalıyıq. Çünki ölkəmiz əleyhinə ən çox təbliğat aparanlar bu qurumlardır. 

Amerikanın ölkəmizdə maliyyələşdirdiyi qrant layihələr var. Vaşinqtonun Azərbaycanda rəngli inqilab hazırlamaq üçün həyata keçirə biləcəyi QHT-lərin siyahısı tutulmalıdır. ABŞ Azərbaycanda QHT-lər və dövlətin bəzi təşkilatları ilə bağladığı müqavilələrin monitorinqi də aparılmalıdır. 
Strateji yol xəritələrini işləyən “Makkenzi” şirkətinin buradakı fəaliyyəti, Azərbaycanın maraqlarının təmin olunub-olmadığı araşdırılmalıdır.

Azərbaycan mediası isə ölkəmizin maraqlarını qorumaq üçün məsələ ilə bağlı forum keçirməlidir. ABŞ-la bağlı məsələdə düşünülmüş ağılla hərəkət etməliyik”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO