“Ermənistana kəfən hazırlanır, fatihəni Moskva oxuyacaq” – ŞƏRH

“Ermənistana kəfən hazırlanır, fatihəni Moskva oxuyacaq” – ŞƏRH

Hazırda oxunan: “Ermənistana kəfən hazırlanır, fatihəni Moskva oxuyacaq” – ŞƏRH

164836

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rus dilində dərsliklərin paylanmasını dayandırıb. Bu barədə Rusiya Federasiyası Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.

“Təəssüf ki, belə siyasi intriqalardan erməni xalqının sadə cəmiyyəti əziyyət çəkir”, - Vorobyov bildirib.

Nikol Paşinyanın da son zamanlar Qərbdən dəstək almasını da hesaba qatsaq, Ermənistanın Rusiyadan uzaqlaşması prosesi hansı nəticələrə səbəb olacaq?

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyətə gələndə əsas şərt onun Rusiyadan uzaqlaşması idi: 

“O, bu addımı atdı. Ermənistanın Rusiyanı blok etməsi siyasəti sürətlənib. Sözügedən ölkədə rus məktəbləri kifayət qədərdir. Rusiya Ermənistanı sevdiyi üçün dərsliklər göndərmir. Göndərilən kitablar vasitəsi ilə oxucularına şüuraltı təsir edir. Nümunə üçün deyim ki, Azərbaycanda özümüzün çap etdiyi kitablar tədris olunur. 

Ermənistan isə hər mövzuda Rusiyadan asılıdır. İndi anidən geri dönmək istəyir. Ancaq fikrimcə, bu addım yanlışdır. Hadisələrin gedişatı göstərir ki, Ermənistanın çökməsi üçün hər şey hazırlanıb. Belə davam etsə, dövlət kimi çökəcək. Yavaş-yavaş Ermənistana kəfən hazırlayırlar. Baş molla Putin olacaq, fatihəni Moskva oxuyacaq. Qısası, Rusiya çox ağır cavab verəcək”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO