“3+3” formatının PƏRDƏARXASI DETALLARI: “Ermənistan küncə sıxışdırıldı”

“3+3” formatının PƏRDƏARXASI DETALLARI: “Ermənistan küncə sıxışdırıldı”

Hazırda oxunan: “3+3” formatının PƏRDƏARXASI DETALLARI: “Ermənistan küncə sıxışdırıldı”

161096

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan “3+3” formatında görüşdən niyə imtina etdi? – Gia Xuxaşvilidən AÇIQLAMA


Politoloq Cümşüd Nuriyev görüşün mahiyyətini Bizim.Media-ya şərh edib.

O bildirib ki, bu formatın əhəmiyyəti çox böyükdür: 

“Gürcüstan bu formatdan imtina etdi. Gürcüstanın Rusiya ilə münasibətlərini gərginlikdə saxlaması və ya bu görüntünü yaratması onlara heç bir xeyir gətirməyəcək. Gürcüstan bu addımı atmalı deyildi. Ancaq bu formatda hər bir ölkənin öz maraqları var. Rusiya bölgənin hakim dövlətinə çevrilmək istəyir. İran bölgədə özünü qorumağa çalışır. İranda “Qərb sindromu” olduğu üçün ABŞ ilə münasibətləri gərgindir. Belə bir formatda Ermənistan həm Türkiyə, həm də Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq istəyir. 

Görünən odur ki, bu format Yaxın və Orta Şərqdə sülhün bərqərar olması üçün bir addım olacaq. 

Qafqazın problemlərinin ön planda olacağını düşünmürəm. Baydenin son çıxışına nəzər yetirsək, ABŞ yenə dünyanı təkqütblü görür. Çünki hüquq və azadlıqlarını tələb edən ölkələr ABŞ tərəfindən sıxışdırılır.

Təəssüf ki, bu siyahıya Azərbaycan da daxil edilib. Razılığa gəlsələr, bu dövlətlər birlikdə Qərbin təzyiqlərinə tab gətirə biləcəklər.

Bu razılıq həm də Ermənistanın Qərbə olan marağını minimuma endirəcək. Sözügedən formatın Ermənistanı küncə sıxışdırma ehtimalı böyükdür.

Həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər”.

Məhərrəm Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO