Allahşükür Paşazadə Qazaxıstan səfirini qəbul etdi

Allahşükür Paşazadə Qazaxıstan səfirini qəbul etdi

Hazırda oxunan: Allahşükür Paşazadə Qazaxıstan səfirini qəbul etdi
15202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə  Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünya və Ənənəvi Dini Liderlərin Qurultayının işinin müzakirəsi zamanı A.Paşazadə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası N.A.Nazarbayevin bu beynəlxalq forumun təsisindəki vacib rolunu qeyd edib.

S.Abdıkarimov beynəlxalq təhlükəsizliyin zəifləməsi, ekstremizm və beynəlxalq terrorizmin vüsət alması, mənəvi-əxlaqi dəyərlərin dəyərsizləşməsi fonunda dünya ictimaiyyətinin birləşməsində Qurultayın və dini liderlərin rolunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Azərbaycan və Qazaxıstan xalqları arasında münasibətlərin qardaş xarakterini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO