Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib - FOTO/VİDEO

Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib - FOTO/VİDEO

Hazırda oxunan: Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib - FOTO/VİDEO
142649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb. 

Məlumata görə, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. 

Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib:

“Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”. 

“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, - deyə dövlət başçısı vurğulayıb. 
Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib. 

O, Rusiyanın silahlı təcavüzünün nəticələrinin, xüsusən də Rusiya Federasiyasının Kaxovka Su Elektrik Stansiyasında törətdiyi texnogen fəlakətin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib.

Volodimir Zelenski Azərbaycanın Ukrayna sülh formulunun həyata keçirilməsində fəal iştirakına və Qlobal Sülh Sammitində iştirakına ümid etdiyini söyləyib. 
 
Prezident Azərbaycan iş adamlarını indidən infrastruktur və enerji layihələrinin icrasına qoşulmağa dəvət edib.
 


Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib - FOTO/VİDEO - foto 1
Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib - FOTO/VİDEO - foto 2

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO