Lukaşenko: Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcək

Lukaşenko: Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcək

Hazırda oxunan: Lukaşenko: Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcək
140815
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sizin (Prezident İlham Əliyev – red.) bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir”. 

Bizim.Media xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb. 

“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, - deyə Belarus Prezidenti qeyd edib. 
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO