
- A-
- A
- A+
Siyasət
16:32 / 08.06.2023
1 dəq oxunma
Ayxan Hacızadədən Vaşinqton görüşünün təxirə salınmasına MÜNASİBƏT
Hazırda oxunan: Ayxan Hacızadədən Vaşinqton görüşünün təxirə salınmasına MÜNASİBƏT
140444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə 12 iyunda Vaşinqtonda nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması ilə bağlı deyib.
“Bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - o əlavə edib.
Qeyd edək ki, bundan öncə Ermənistan XİN Vaşiqntonda nəzərdə tutulan görüşün Azərbaycan XİN-in xahişi ilə təxirə salındığı haqda məlumat yaymışdı.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































