“İlham Əliyevin dəstəyi imzalanma mərasimini reallığa çevirdi” - Vladimir Malinov 

“İlham Əliyevin dəstəyi imzalanma mərasimini reallığa çevirdi” - Vladimir Malinov 

Hazırda oxunan: “İlham Əliyevin dəstəyi imzalanma mərasimini reallığa çevirdi” - Vladimir Malinov 

132646

"Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu iştirakçı ölkələr arasında əlaqələrin daha da gücləndirilməsinə və bu Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək”. 

Bizim.Media "report"a istinadən xəbər verir ki, bunu “Bulgartransgaz"ın icraçı direktoru Vladimir Malinov “Bulgartransgaz”, “Transgaz”, FGSZ, “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib. 

V.Malinov bugünkü imzalanma mərasimini reallığa çevirən siyasi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. 

Xatırladaq ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO