Vardanyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməlidir - DEPUTAT 

Vardanyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməlidir - DEPUTAT 

Hazırda oxunan: Vardanyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməlidir - DEPUTAT 

122772

“Erməni milyarder hələ də Xankəndindədir. Və o aranı qarışdırmağa və sülh danışıqlarını pozmağa çalışır. Təəssüf ki, Vardanyanı dəstəkləyən qüvvələr var. Xüsusən də Köçəryan-Sarkisyan cütlüyü açıq şəkildə milyarderi təxribatlara təşviq edir. Bu da bütün hallarda sülh danışıqlarına maneə yaradır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Millət vəkili Asim Mollazadə deyib.

O, bildirdi ki, Vardanyanın vəzifədən qovulması onu göstərir ki, həm Ermənistan höküməti, həm də Qarabağdakı ermənilər Azərbaycanla sülhün bərqərar olmasını istəyir. Amma o asanlıqla Qarabağı tərk etmək fikrində deyil:

“Ona görə də düşünürəm ki, Respublika Prokurorluğu Vardanyan barədə cinayət işi açıb, onu Beynəlxalq axtarışa verməlidir. Nəzərə alaq ki, onun Aİ-yə sığınması qeyri-mümükündür. Rusiyaya qayıtması inandırıcı deyil. O çalışacaq ki, maksimum müddətdə Xankəndində gizlənsin”. 
Millət vəkili “məncə Vardanyanın hərbi cinayətlərə təşviq və milli zəmində nifrətə çağırışa görə cinayət işi açılmalı və həbsinə çalışılmalıdır”, - deyə fikirlərini tamamlayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO