İordaniya Kralından İlham Əliyevə:

İordaniya Kralından İlham Əliyevə: "Əməkdaşlığımızı genişləndirmək niyyətindəyəm"

Hazırda oxunan: İordaniya Kralından İlham Əliyevə: "Əməkdaşlığımızı genişləndirmək niyyətindəyəm"

121962

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Əziz Qardaşım, 

Zati-alinizə salamlarımı və ən xoş arzularımı ifadə edir, Sizə möhkəm cansağlığı diləyir, qardaş Azərbaycan xalqının firavanlığı, ölkənin tərəqqisi və inkişafı yönündə əvəzsiz səylərinizdən sevinc hissi duyuram. 

İordaniya Haşimilər Krallığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 30 illik yubileyi münasibətilə Zati-alinizə qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğumu və xalqlarımızın mənafelərinə xidmət etmək üçün müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək və genişləndirmək niyyətində olduğumu bildirirəm. 
Həmçinin Yaxın Şərqdə və dünyada sülhə nail olmaq, təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək üçün səylərimizi gücləndirmək və İslam ümmətinin mənafeyinə xidmət edəcək şəkildə ümumi maraq doğuran məsələlər üzrə əlaqələndirməni və qarşılıqlı müzakirələri davam etdirmək niyyətində olduğumu bir daha vurğulayıram. 

Zati-alinizə və qardaş Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO