"Azərbaycan-İsrail strateji tərəfdaşlığını inkişaf etdiririk” - Xəzər İbrahim

Hazırda oxunan: "Azərbaycan-İsrail strateji tərəfdaşlığını inkişaf etdiririk” - Xəzər İbrahim

121638

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim İsrail səfiri Mixael Hersoqla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xəzər İbrahim “Twitter“də yazıb.

Səfir görüş barədə təəssüratlarını ifadə edərək deyib:

“Dərin müdrikliyin və peşəkarlığın təcəssümü olan səfir Hersoqla görüşdən böyük şərəf və həzz hissi aldım. Dünyada mövcud təhdid və dəyişikliklərin fonunda biz Azərbaycan-İsrail strateji tərəfdaşlığını və həqiqi dostluğunu inkişaf etdiririk”.
İsrailin ABŞ-dakı səfiri Mixael Hersoq isə görüş barədə bunları qeyd edib:

“Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimlə gözəl görüş baş tutdu. Üzləşdiyimiz regional təhlükələr barədə fikir mübadiləsi apardıq və unikal strateji tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə etdik. Mən əməkdaşlığımızın davamlılığına, genişlənəcəyinə inanıram və İsraildə Azərbaycan səfirliyinin açılışını qeyd etməyi səbirsizliklə gözləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO