GUAM-a sədrlik Gürcüstana təhvil verildi

GUAM-a sədrlik Gürcüstana təhvil verildi

Hazırda oxunan: GUAM-a sədrlik Gürcüstana təhvil verildi

11422

GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.

 

MÖVZU İLƏ BAĞLI:

GUAM-a sədrlik Gürcüstana keçir


Tədbirdə GUAM Parlament Assambleyasının komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı Parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının Bəyannamə layihəsi və digər məsələlərə baxılıb.

Müzakirələr zamanı GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgiy Xelaşvili, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayıblar.

GUAM PA-nın Baş katibi Altay Əfəndiyev əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair öz rəy və təkliflərini diqqətə çatdırıb.

Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Gürcüstana təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO