Azərbaycanın Kubadakı səfiri etimadnamələrini XİN rəsmisinə TƏQDİM ETDİ 

Azərbaycanın Kubadakı səfiri etimadnamələrini XİN rəsmisinə TƏQDİM ETDİ 

Hazırda oxunan: Azərbaycanın Kubadakı səfiri etimadnamələrini XİN rəsmisinə TƏQDİM ETDİ 
113275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 5-də Azərbaycanın Kubaya yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnamələrin surətini bu ölkənin xarici işlər nazirinin müavini Elio Eduardo Rodriqez Perdomoya təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Kubadakı səfirliyinin məlumatında bildirilir.

Bildirilib ki, görüş zamanı nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edərək, səfiri yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Eyni zamanda, görüşdə Azərbaycan və Kuba arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO