Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO

Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO

Hazırda oxunan: Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO
105867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

Bizim.Media
 



Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO - foto 1
Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO - foto 2
Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO - foto 3
Belqradda İlham Əliyevi Serbiya Prezidenti özü qarşıladı - FOTO/VİDEO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO