Eşşək südü qızılcanın DƏRMANIDIR?

Eşşək südü qızılcanın DƏRMANIDIR?

Hazırda oxunan: Eşşək südü qızılcanın DƏRMANIDIR?

177415

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insanlar sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb.

Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir. 

Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb.

Eşşək südünü bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünü “ceyranın belinə qaldırıblar”. Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur.

Eşşək südü qızılcanın müalicəsində effektiv ola bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, qızılca bu gün əvvəlki dövrlərdən fərqli bir davranış göstərir:

“Yəni virus müəyyən bir dəşişikliyə uğrayıb. Ona görə də qızılcanın tüğyan etməsi vaksinasiya olunmamaqla bağlı deyil. Sadəcə qızılcanın yeni xassəsi yaranıb. Əslində bu identi daşıyıcı virus olduğu üçün bu gözləniləndir. Ona görə vaksinasiya əsas çıxış yolu olaraq qalır. Bununla paralel digər mübarizə vasitələri də önəmlidir”. 

Adil Qeybulla eşşək südünün xalq təbabətindən gəldiyini qeyd etdi:

“Əslində bu məsələnin həlli deyil. Düzdür, müxtəlif ağciyər xəstəliklərində anti-təsirinə görə bu süd müəyyən önəm daşıyır. Amma “eşşək südü yüz faiz qızılcanı aradan qaldırır” demək düzgün deyil. Bu cür şayiələrlə insanlar COVİD-19 pandemiyası zamanı vaksindən uzaqlaşdı. 
Nəticədə xeyli problem yarandı. İnfeksiya bütün dünyaya yayıldı və qlobal bir pandemiyaya çevrildi. Ona görə də elmin göstərdiyi yolla getmək lazımdır. Təbabətdə panasiya yoxdur ki, hansısa bir dərman hansısa xəstəliyin tam əlacı olsun. Yaxşı olar ki, insanlar şayiələrə yox, elmin göstərdiyi yola inansınlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO