Anton Bredixin: “Rusiyada elan olunan səfərbərlik Qərbə qarşıdır” - EKSKLÜZİV

Anton Bredixin: “Rusiyada elan olunan səfərbərlik Qərbə qarşıdır” - EKSKLÜZİV

Hazırda oxunan: Anton Bredixin: “Rusiyada elan olunan səfərbərlik Qərbə qarşıdır” - EKSKLÜZİV

95153

“Prezidentimiz Vladimir Putin qismən səfərbərliyin olmasını elan etdi. Bu, bizim ölkə üçün həlledici bir addımdır. Biz ümumi təhlükə qarşısında birləşməliyik”.

Bunu Bizim.Media-ya açıqlamasında Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin deyib.

O hesab edir ki, atılan addım ümumilikdə Qərbə qarşı hesablanıb.

“Qərb kollektivi çox aqrresiv tərəfkeşlik göstərməkdədir. Bu bizim tariximzdə ilk deyil. Buna misal olaraq Krım müharibəsini, Birinci Dünya müharibəsini, Böyük Vətən müharibəsini göstərmək olar.
Hazırda isə bizim vətənəmizin suverenliyi təhlükə altında ola bilər. Bu təqdirdə isə əli silah tutan hər bir Rusiya vətəndaşı liderimizin ətrafında birləşməlidir. Birlikdə isə biz qalib gələcəyik”, - deyə A.Bredixin əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO