Zelenski Qələbə Günü münasibətilə ukraynalıları təbrik etdi – VİDEO  

Zelenski Qələbə Günü münasibətilə ukraynalıları təbrik etdi – VİDEO  

Hazırda oxunan: Zelenski Qələbə Günü münasibətilə ukraynalıları təbrik etdi – VİDEO  
73476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Vladimir Zelenski “Qələbə Günü” münasibətilə ölkə vətəndaşlarını təbrik edib.

Bizim Media xəbər verir ki, Kiyevin mərkəzindəki “Kreşatik”meydanında lentə alınan videomüraciətdə Zelenski ukraynalıların “anti-Hitler” koalisiyasına daxil olan digər xalqlarla birlikdə nasizmi məğlub edən əcdadları ilə fəxr etdiyini bildirib.  

“Nasizm üzərində Qələbə Günündə biz yeni qələbə üçün mübarizə aparırıq”, - deyə Zelenski əlavə edib. 

“Düşmənimiz xəyal edirdi ki, biz 9 mayı və nasizm üzərində qələbəni qeyd etməkdən imtina edəcəyik. Beləcə "denazifikasiya" sözündən istifadə etmək üçün onlara şans veriləcək. Çox yaxında Ukraynada iki “Qələbə Günü” olacaq. Biz o zaman qalib gəldik. İndi də qalib gələcəyik! “Kreşatik” isə qələbə paradını görəcək - Ukraynanın qələbəsi!"  

Rəşad Əliyev Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO