"Ukraynanın 3 hərbi təyyarəsi vurulub" - Rusiya itkiləri açıqladı 

Hazırda oxunan: "Ukraynanın 3 hərbi təyyarəsi vurulub" - Rusiya itkiləri açıqladı 

72858

Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə ərzində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 93 ərazini vurub. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ötən gecə raket qüvvələri Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsini, atəş vəziyyətində olan artilleriya batareyasını, həmçinin “Toçka-U” taktiki raket kompleksinin iki buraxılış qurğusunu və bir nəqliyyat-yükləyici maşınını vurub.
Artilleriya bölmələri Ukrayna ordusunun 32 komanda məntəqəsini, beş sursat anbarını, 403 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri, həmçinin Ukrayna artilleriyasının 51 mövqeyi vurub. Nəticədə 600-dən çox millətçi və 61 ədəd silah və hərbi texnika məhv edilib” – deyə Konaşenkov qeyd edib. 

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinin üç təyyarəsini, bir Su-24 Zmeinıy dası yaxınlığında, bir Su-27 Xerson vilayətinin İnqulets yaşayış məntəqəsi yaxınlığında, bir Su-25 Dnepropetrovskın Koşovoe yaşayış məntəqəsi yaxınlığında havada vurub:

“Bundan əlavə, ötən gecə ərzində biri Bayraktar -TB2 olmaqla Ukraynanın 14 pilotsuz uçuş aparatı məhv edilib”. 

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 149 təyyarə, 112 helikopter, 726 pilotsuz uçuş aparatı, 288 zenit-raket kompleksi, 2834 tank və digər zirehli döyüş maşını, 325 reaktiv yaylım atəşi sistemi, 1306 səhra artilleriya qurğusu və minaatan, 2646 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib” – deyə Rusiya MN sözçüsü qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO