"Rusiyanın 9 tankı, 18 zirehli texnikası məhv edilib" - Ukrayna Baş Qərargahı

Hazırda oxunan: "Rusiyanın 9 tankı, 18 zirehli texnikası məhv edilib" - Ukrayna Baş Qərargahı

71023

Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı "Facebook" səhifəsində məlumat paylaşıb.

“Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksinin batereyası yerləşdirib. İzyumun cənubunda rəqib hücuma keçib.

Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib.
Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb” – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO