Şoyqu Putinə məruzə etdi: “Mariupol şəhəri tam ələ keçirilib” – VİDEO

Hazırda oxunan: Şoyqu Putinə məruzə etdi: “Mariupol şəhəri tam ələ keçirilib” – VİDEO

70721

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişi barədə məruzə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

“Şoyqu Putinə Mariupolun rus qoşunları tərəfindən ələ keçirilməsi xəbərini çatdırıb.  O, həmçinin xüsusi hərbi əməliyyatın gedişi, həmçinin humanitar yardımın göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və azad edilmiş ərazilərdə mühüm infrastrukturun bərpası üzrə davam edən hərbi səylər barədə məlumat verib”, - Peskov bildirib.
Hesabat Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı oxunub.

Şoyqu Kremlin sahibinə “Azovstal” zavodunda hazırda 2 mindən çox ukraynalı döyüşçünün mühasirəyə alındığını, 1478 nəfərin isə təslim olunduğunu deyib.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO