Rusiya yenidən Kiyevə hücum etmək istəyir - Ukrayna MN

Hazırda oxunan: Rusiya yenidən Kiyevə hücum etmək istəyir - Ukrayna MN

69153

“Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, Rusiya Federasiyası Ukraynanın şərqində hansı döyüş əməliyyatlarının aparılacağına əsaslanaraq Kiyevə qarşı hücumun bərpası ilə bağlı qərar verəcək”.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu fikri Ukrayna Müdafiə Nazirliyinin spikeri Oleksandr Motuzyanik Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə “Rusiyanın Kiyevi almaq üçün yenidən hərbi əməliyyatlara başlayacağı ehtimalı nə qədərdir?” sualına cavab verərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kadırov Putinin tapşırığını AÇIQLADI: “Rusiya ordusu yenidən Kiyevə hücuma hazırlaşır” - VİDEO


“Düşmənin paytaxta mümkün hücumunun yenidən bərpası məsələsi Donetsk və Luqansk vilayətlərində davam edəcək hərbi əməliyyatlardan asılı olacaq. Müdafiə Nazirliyi Belarus Respublikası ərazisindəki bir neçə batalyon taktiki qruplarından xəbərdardır və hazırda onlar orada “nümayiş aksiyaları” keçirirlər.

Aydındır ki, bu, Rusiyanın Ukrayna ordusunun hissələrini burada (Kiyevdə) saxlamaq və onların daha çətin əməliyyat zonalarına, o cümlədən Ukraynanın şərqinə və cənubuna köçürülməsinin qarşısını almaq üçün taktiki oyundur. Bunu vəziyyət göstərəcək”, - deyə spiker qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO