Ukrayna Rusiyanın itkilərini açıqladı

Hazırda oxunan: Ukrayna Rusiyanın itkilərini açıqladı

68990

Rusiya Silahlı Qüvvələrinin indiyədək 19 500-ə yaxın hərbçisi zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat paylaşıb. 

“Hücum edən tərəfin 725 ədəd tankı, 1 923 ədəd zirehli döyüş maşını, 347 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 154 ədəd hərbi təyyarəsi, 137 ədəd helikopteri, 1 387 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 119 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib” – deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO