Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir – Ukrayna MN 

Hazırda oxunan: Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir – Ukrayna MN 

67907

“Rusiya hərbçiləri yeni qüvvələr toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sumı vilayətlərindən geri çəkilirlər”. 

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib. 

“Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir. Qoşunlarımız Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur edirlər. Çerniqovda durum çətin olaraq qalır. Mariupolda müdafiəçilər qəhrəmancasına döyüşürlər.
Bu gün minlərlə ukraynalı ölkənin gələcəyi uğrunda mübarizə aparır. Qarşı tərəfin texnikası daha çox olsa da, onlar qaçırlar. Çünki onların bizim kimi cəsarətli insanları yoxdur”, - deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO