Ukrayna Prezident Ofisindən Zelenski-Putin görüşü ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Ukrayna Prezident Ofisindən Zelenski-Putin görüşü ilə bağlı AÇIQLAMA 

66008

“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiya prezidenti Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib. 

“Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. Bunun üçün hazırlıq görülür, Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz var, müharibənin qaynar fazasının sona çatmasında maraqlı olan bir çox ölkələr var.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Zelenski ilə görüşdən İMTİNA ETDİ


Danışıqlar prosesi çərçivəsində işçi qrupları yaradılanda bəzi ilkin sənədlər hazırlanıb prezidentlərə veriləcək, onlar bunu qiymətləndirəcəklər. Sonra bu görüş baş tuta bilər” – deyə Podolyak qeyd edib. 

O, görüş üçün konkret tarix olmadığını söyləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO