Rusiya Ukraynada hipersəs raket sistemindən istifadə etdi - İlk dəfə

Hazırda oxunan: Rusiya Ukraynada hipersəs raket sistemindən istifadə etdi - İlk dəfə

65625

Rusiya hərbçiləri ilk dəfə olaraq “Kinjal” hipersəs raket sistemindən istifadə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib. 

Onun sözlərinə görə, Kinjal raket sistemi İvano-Frankivsk bölgəsində yeraltı sursat anbarını məhv edib:

“Rusiyanın Hava Kosmik Qüvvələri ötən gecə ərzində Ukraynada 69 hərbi obyekt vurub. Vurulan hərbi obyektlər arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, onlardan üçü S-300 və bir Buk-M1, bir istiqamətləndirici və hədəf radiolokasiya stansiyası, 12 raket və artilleriya silahları anbarı, o cümlədən 43 hərbi texnikanın toplandığı yer var” – deyə Konaşenkov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO