Tbilisidə beynəlxalq sərgi açıldı: Azərbaycan da iştirak edir - Foto

Tbilisidə beynəlxalq sərgi açıldı: Azərbaycan da iştirak edir - Foto

Hazırda oxunan: Tbilisidə beynəlxalq sərgi açıldı: Azərbaycan da iştirak edir - Foto
650272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Tbilisidəki Müasir İncəsənət Muzeyində (MoMA Tbilisi) “Silk Road – Imprints in Motion” adlı beynəlxalq incəsənət sərgisi açılıb.

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İtaliya, Çin, İran və Hindistan olmaqla, ümumilikdə 11 ölkə təmsil olunur.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Faiq Quliyev bu kimi beynəlxalq mədəniyyət təşəbbüslərinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və humanitar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
 

Azərbaycan sərgidə multimedia rəssamı, fotoqraf, kinorejissor və kurator Sitarə İbrahimbəylinin əsərləri ilə təmsil olunur.


Sərginin özəlliyi müxtəlif ölkələrin incəsənət nümunələrinin ənənəvi kommersiya stendləri əvəzinə vahid kurator yanaşması əsasında təşkil olunmuş muzey məkanında təqdim edilməsidir. Bu format ziyarətçilərə və kolleksiyaçılara iştirakçı ölkələrin bədii mədəniyyəti ilə yaxından tanış olmaq, seçilmiş əsərləri kəşf etmək və əldə etmək imkanı yaradır.

“Silk Road – Imprints in Motion” sərgisi mədəniyyət və incəsənət nümayəndələri arasında yaradıcılıq mübadiləsi və əməkdaşlıq üçün beynəlxalq platforma olmaqla, incəsənətin xalqları birləşdirən mühüm vasitə rolunu nümayiş etdirir.

Tbilisidə beynəlxalq sərgi açıldı: Azərbaycan da iştirak edir - Foto - foto 1
Tbilisidə beynəlxalq sərgi açıldı: Azərbaycan da iştirak edir - Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO