Tbilisidə yaşayış binasında partlayış: Dağıntılar altında insanlar qalıb – Foto-Video

Tbilisidə yaşayış binasında partlayış: Dağıntılar altında insanlar qalıb – Foto-Video

Hazırda oxunan: Tbilisidə yaşayış binasında partlayış: Dağıntılar altında insanlar qalıb – Foto-Video
648590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib. Nəticədə binanın bir hissəsi uçub.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Birinci Kanalının məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb.

İlkin ehtimala görə, partlayışa məişət qazı ilə işləyən qızdırıcı səbəb olub.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin sözlərinə görə, dağıntılar altından dörd nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib. Onların arasında bir uşaq da var. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Nazir bildirib ki, hadisə nəticəsində daha yeddi nəfər, o cümlədən üç azyaşlı uşaq itkin düşmüş hesab olunur.

Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.


Tbilisidə yaşayış binasında partlayış: Dağıntılar altında insanlar qalıb – Foto-Video - foto 1

Tbilisidə yaşayış binasında partlayış: Dağıntılar altında insanlar qalıb – Foto-Video - foto 2

Tbilisidə yaşayış binasında partlayış: Dağıntılar altında insanlar qalıb – Foto-Video - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO