Rusiya Çindən yardım istəyib? - Rəsmi Pekin ABŞ-ı günahlandırdı

Hazırda oxunan: Rusiya Çindən yardım istəyib? - Rəsmi Pekin ABŞ-ı günahlandırdı

64723

ABŞ-ın Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirmək üçün Çindən hərbi yardım istəməsi ilə bağlı yaydığı xəbərlər dezinformasiyadır.  

Bizim.Media xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian bildirib. 

“Amerika tərəfinin yaydığı müvafiq mesajlar yalan məlumatdır. Son vaxtlar ABŞ Ukrayna məsələsi kontekstində Çinlə bağlı davamlı olaraq qəsdən dezinformasiya yayır. Zhao Lijian həmçinin qeyd edib ki, Çinin Ukrayna məsələsində mövqeyi aydındır.  

Kremlin mətbuat katibi Dmitri Peskov da Rusiyanın Ukraynada xüsusi əməliyyatların aparılmasına görə digər ölkələrə yardım üçün müraciət etmədiyini söyləyib. 

Qeyd edək ki, “Financial Times” Rusiyanın hərbi əməliyyatlara dair Çindən yardım istədiyini yazmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO