Türkiyənin Hatay vilayətində 75 yaşlı Nizamettin Günanın evlilik vədi ilə 170 min lirə dəyərində qızılını ələ keçirən 4 şübhəli saxlanılıb.
Bizim.Media xəbər verir ki, Nizamettin Günan evlilik vədi ilə tanış olduğu, özündən 45 yaş kiçik qadına 170 min lirə dəyərində qızılını verdikdən sonra polisə müraciət edib.
Hatay Polis İdarəsinin əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq və əməliyyat-axtarış tədbirləri həyata keçirərək istintaqa başlayıblar.
Nəticədə 4 şübhəli saxlanılıb.
Araşdırma zamanı şübhəlilərdən birinin Nizamettin Günanın qohumu olduğu müəyyənləşib. Məlum olub ki, yaşlı kişinin evlənmək istədiyini bilən şübhəlilər bu məqsədlə əvvəlcədən plan qurublar. Günanın evlənmək istədiyi qadının isə 30 yaşlı E.G. olduğu üzə çıxıb.
“Paxlava alarkən qız qaçıb getdi”
Yaşadıqlarından danışan Nizamettin Günan qadının özünü müxtəlif adlarla təqdim etdiyini bildirib.
“Qadınla görüşdük, danışdıq. Pul və qızılları verdik. Zərgərə gedib iki bilərzik aldım, sonra birlikdə yola çıxdıq. Yolda mənə dedi ki, ‘Paxlava alarsan?’ Mən də alacağımı söylədim. Paxlava aldığım vaxt qız qaçıb getdi. Əvvəl özünü Ceylan kimi təqdim etdi, sonra Leyla olduğunu dedi. Yalan danışdı, məni aldatdı”, – deyə Günan bildirib.
Əlindən alınan qızıllarına qovuşduğunu deyən yaşlı kişi şübhəlilərin öz kəndlərindən olduğunu və ailələrini tanıdıqlarını qeyd edib.
“Bunlar bizim kənddən, ailələrimizi tanıyan insanlar idi. Bizə zərbə vurdular, biz də fərqinə varmadıq. Allah polis əməkdaşlarımızdan razı olsun. Bizə sahib çıxdılar, pulumuzu geri almağımıza kömək etdilər. Hatayın polis rəisinə və digər əməkdaşlara təşəkkür edirəm”, – deyə o vurğulayıb.



Bizim.Media

- A-
- A
- A+
Region
19:28 / 10.10.2026
Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO
Hazırda oxunan: Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO
Hazırda oxunan: Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO
641507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































