Lavrovdan Mariupoldakı doğum evinin vurulmasına ŞƏRH: "Baza kimi istifadə edilirdi” 

Hazırda oxunan: Lavrovdan Mariupoldakı doğum evinin vurulmasına ŞƏRH: "Baza kimi istifadə edilirdi” 

64057

"Rusiya üç gün əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Mariupoldakı 1 nömrəli doğum evinin “Azov” batalyonunun bazası kimi istifadə edildiyini, ukraynalı hərbçilərin bütün qadınları və işçiləri oradan qovduğunu bildirib".

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov: “Heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”


"Rusiya silahlı qüvvələrinin törətdiyi qondarma vəhşiliklərlə bağlı pafoslu çıxışları birinci dəfə deyil ki, görürük. Martın 7-də, üç gün əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında nümayəndə heyətimiz tərəfindən faktlar təqdim edilib ki, bu Doğum xəstəxanası çoxdan “Azov” batalyonu və digər radikallar tərəfindən ələ keçirilib, buradan bütün doğuş edən qadınlar, bütün tibb bacıları, ümumiyyətlə, bütün xidmət personalı qovulub.

Bu, ultra-radikal “Azov” batalyonunun bazası olub. Bu məlumatlar təqdim edilib. Üç gün əvvəl bütün dünyada ictimai rəyin necə manipulyasiya edildiyi barədə özünüz nəticə çıxarın”, - deyə Lavrov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO