Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Hazırda oxunan: Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

640098

“Rusiya Qara dənizdə təhlükəsizliyin təmin olunması məsələsində maraqlı olan bütün dövlətlərlə dialoqa hazırdır. Lakin hazırda ikitərəfli sazişlərin bağlanması ilə bağlı konkret danışıqlar aparılmır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Kremlin digər ölkələrlə, o cümlədən Hindistan, Misir və Türkiyə ilə Qara dənizdə təhlükəsizlik məsələləri üzrə ikitərəfli saziş imkanlarını nəzərdən keçirib-keçirmədiyi barədə suala cavab verib.

 

“Biz bütün ölkələrlə dialoqa açığıq, lakin hazırda bununla bağlı hər hansı konkret danışıqlar aparılmır”, - deyə Peskov bildirib.


Onun sözlərini “İnterfaks” yayıb.

Peskov Rusiyanın digər dövlətlərdən Qara dənizdə təhlükəsizliklə bağlı hər hansı təklif alıb-almadığı barədə suala cavabında isə bildirib ki, bu məsələ bir gün əvvəl “Valday” forumunda müzakirə olunub və Rusiya Prezidenti Vladimir Putin mövzu ilə bağlı artıq açıqlama verib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO