Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Hazırda oxunan: Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

639615

Rusiya istehsalı olan S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsi məsələsi gündəmdədir və bununla bağlı müvafiq işlər aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov “Rusiya S-400 sistemlərinin Türkiyədən dost ölkəyə ötürmək imkanını nəzərdən keçirirmi?” sualına belə cavab verib: "Mövzu gündəmdədir; müvafiq işlər aparılır və lazımi təmaslar həyata keçirilir".

 

Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsindən sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, Rusiya S-400 raket sistemlərinin Türkiyə ərazisindən üçüncü, dost ölkəyə ötürülməsi imkanına açıqdır, baxmayaraq ki, hələlik belə bir müraciət daxil olmayıb. Nazir qeyd edib ki, Rusiyanın razılığı olmadan belə bir ötürülmə mümkün deyil.


Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizionluq S-400 hava hücumundan müdafiə sistemi almışdı. 2019-cu ilin oktyabrında "Rosoboronexport" ("Rostec" dövlət korporasiyasının tərkib hissəsi) sistemlərin tədarükü ilə bağlı müqavilənin icra olunduğunu elan etmişdi.

Türkiyə ilə Rusiya arasında S-400 alay dəstinin tədarükünə dair müqavilə imzalandıqdan sonra Ankara ABŞ-ın F-35 qırıcı təyyarə proqramından çıxarılmışdı. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO