Antalyada yük maşını AŞDI: Azərbaycan və Rusiya vətəndaşları HƏLAK OLDU - FOTO/VİDEO

Antalyada yük maşını AŞDI: Azərbaycan və Rusiya vətəndaşları HƏLAK OLDU - FOTO/VİDEO

Hazırda oxunan: Antalyada yük maşını AŞDI: Azərbaycan və Rusiya vətəndaşları HƏLAK OLDU - FOTO/VİDEO

639199

Antalya vilayətinin Manavqat rayonunda yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan və Rusiya vətəndaşları həyatını itirib.

Bizim.Media xəbər verir ki, İHA xəbər agentliyinin məlumatına görə, qadınlar ictimai nəqliyyat dayanacağında olarkən yük maşını onların üzərinə aşıb.
 

Həlak olanların şəxsiyyəti müəyyən edilib: onlar 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alena Dovqalevadır. Xilasedicilər evakuator və ağır texnikadan istifadə edərək aşmış nəqliyyat vasitəsini qaldırdıqdan sonra iki qadının cəsədi onun altından çıxarılıb. Jandarma, məhkəmə-tibbi eksperti və prokuror tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra cəsədlər Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparılıb.


Hadisə sentyabrın 27-si axşam saatlarında Manavqat-Alanya magistral yolunda baş verib. İlkin məlumatlara görə, Antalya istiqamətindən Manavqata doğru hərəkət edən yük maşını yol ayrıcında svetoforun yaşıl işığının yanmasını gözləyən nəqliyyat vasitəsinə arxadan çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarındakı avtobus dayanacağının üzərinə aşıb.

Yük maşınının sürücüsü yüngül xəsarətlər alıb. Prokurorluğun göstərişi ilə, zəruri tibbi yardım göstərildikdən sonra o, jandarma əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır. (Mənbə: TASS)











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO