Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Hazırda oxunan: Tokayev Ermənistana səfər edəcək

632850

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrda Ermənistana səfər edəcək.

Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı razılığa gəliblər.
 

Söhbət zamanı Paşinyan Qurultaya seçkilərin uğurla keçirilməsi münasibətilə Tokayevi təbrik edib. O qeyd edib ki, səsvermənin nəticələri Qazaxıstan vətəndaşlarının Tokayevin həyata keçirdiyi islahatları geniş şəkildə dəstəklədiyini göstərir.


Qazaxıstan Prezidenti təbriklərə və xoş arzulara görə Paşinyana təşəkkür edərək, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin regional nəqliyyat layihələrinin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Onlar qarşıdakı görüşlər zamanı, xüsusən də Tokayevin oktyabrda Ermənistana səfəri ərzində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO