İsrailin Ben-Qurion hava limanının fəaliyyəti işçilərin tətili səbəbindən iflic olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Belə ki, hava limanında işçilərin iş prosesində yaranan çətinliklərə və həddindən artıq iş yükünə etiraz olaraq qeydiyyat prosesini və uçuşları dayandırmasından sonra hava limanının fəaliyyəti müvəqqəti olaraq iflic olub.
Tətil səyahətlərin ən sıx olduğu dövrə təsadüf etdiyi üçün aeroportda insan sıxlığı yaranıb.
Qeyd edək ki, hazırda Ben-Qurion hava limanından gündəlik 100 min sərnişin istifadə edir.
Bizim.Media































































































