Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Hazırda oxunan: Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

632075

Rusiya Federasiyasının Altay Respublikasının Turoçak rayonunda ötən sutka ərzində ovçular beş ayını güllələyiblər.
 

MÖVZU İLƏ BAĞLI: 

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO


Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

Hazırda rayon ərazisində saat 20:00-dan 10:00-dək komendant saatı tətbiq olunub. Gecələr polis əməkdaşları və ovçulardan ibarət mobil patrul qrupları növbə çəkirlər.
 

"Ayılar kəndlərdə görünməyə başlayıblar, buna görə də onların sayının tənzimlənməsi sakinlərin təhlükəsizliyi üçün zəruri tədbirdir", – deyə məlumatda bildirilib.


Xatırladaq ki, ayının hücumu avqustun 19-da gecə saatlarında Artybaş kəndində baş verib. Yırtıcı qızı meşə zolağına apararaq orada parçalayıb. Fövqəladə hadisədən sonra Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi ayıların vurulması üçün əlavə lisenziyalar ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO