Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Hazırda oxunan: Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

631895

Rusiyanın Altay Respublikasında ayı turistlərin olduğu çadıra hücum edərək orada olan 29 yaşlı qadını sürüyüb çıxararaq meşəyə aparıb və parçalayaraq öldürüb.
 
Bizim.Media xəbər verir ki, hadisə dünən gecə Turoçak rayonunun Artıbaş kəndi yaxınlığında İstok turist düşərgəsində baş verib.
 

Faciənin şahidləri bildiriblər ki, dəhşətli hadisə qızın sevgilisinin gözü qarşısında baş verib. Şahidlər vəhşi heyvanın diqqətini yayındırmağa çalışsalar da, bu, nəticə verməyib. Ayı onlara da hücum etmək istəyib və bu zaman heç kim heç nə edə bilməyib.


Hadisə yerinə gələn xilasedici briqada yırtıcını qorxutmağa çalışsalar da, ayı avtomobil siqnallarına, silah səslərinə reaksiya verməyib və sonra meşəyə qaçaraq yoxa çıxıb.

Yerli medianın verdiyi məlumata görə, qız aldığı xəsarətlərdən ölüb. Lakin rəsmi məlumat yoxdur.
 
Məlumata görə, Novosibirsk sakini olan qız bir gün əvvəl evlilik təklifi edən sevgilisi ilə tətildə olub. Qızın sevgilisi hazırda şok vəziyyətindədir və nəzarət altındadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO