Türkiyədə su tunelində uçqun: Ölən var – VİDEO

Türkiyədə su tunelində uçqun: Ölən var – VİDEO

Hazırda oxunan: Türkiyədə su tunelində uçqun: Ölən var – VİDEO

629997

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun baş verib. Hadisə nəticəsində 5 işçidən biri ölüb, biri yaralanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, uçqun Yedigöze İçməli Su Layihəsi çərçivəsində inşa edilən 2 660 metrlik tuneldə baş verib.

Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Xilasetmə işləri nəticəsində tuneldə olan işçilər çıxarılıb.

Həkimlər 55 yaşlı Necmettin Tokun öldüyünü müəyyənləşdirib. 57 yaşlı Bekir Çelik isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Adana valisi Mustafa Yavuz bildirib ki, digər üç işçinin vəziyyəti yaxşıdır və uçqun altında heç kimin qalmadığı müəyyənləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO