Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara helikopterlə getdi – FOTO

Hazırda oxunan: Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara helikopterlə getdi – FOTO

62999

Martın 3-də Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə danışıqların “ikinci raundu”na yola düşüb. İlkin məlumata görə, görüş yerli vaxtla saat 15:00-dan sonra keçiriləcək.

Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Rusiya Federasiyası ilə danışıqlara helikopterlə gedirik", deyə o yazıb.

Siyasətçi David Araxmiya sosial şəbəkədə danışıqların bir neçə saatdan sonra başlayacağını təsdiqləyib.

"Minimum proqram humanitar dəhlizlərdir. Bundan əlavə, şəraitə uyğun olaraq söhbət aparılacaq", - Araxmiya əlavə edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO