İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

Hazırda oxunan: İnsanı xatırladan sirli ağac görənləri heyrətə saldı

628914

Sankt-Peterburq yaxınlığındakı meşədə insanın qışqıran siluetini xatırladan qeyri-adi şam ağacı aşkar edilib. Yerli sakinlər onu qədim Kareliya əfsanələrində bəhs olunan meşə ruhu ilə əlaqələndirirlər.

Bizim.Media xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, qəribə görünüşlü ağacı Priozerskdən göbələk yığmağa gedən bir qrup meşədə gəzərkən Vuoksa gölü yaxınlığında aşkar edib.

Turistlər ağacın fotosunu yerli sakinlərə göstərdikdən sonra onlara bildirilib ki, bu şam ağacı "çəmənliyin ruhu" adlandırılır və xüsusilə gecə vaxtı ona yaxınlaşmamaq tövsiyə olunur.

Rəvayətə görə, "qışqıran şam" meşədə yolunu azmış insanları daha da çaşdıra və onları azdıra bilər.

Vuoksa gölü ətrafı da çoxsaylı Kareliya əfsanələri ilə məşhurdur. Turistlər və kayakçılar gölün bəzi kiçik adalarında izahı çətin hadisələrin baş verdiyini, saatların geri qalxdığını və mobil rabitənin tamamilə itdiyini iddia edirlər.

Yerli balıqçılar isə gecəni göl kənarında keçirməzdən əvvəl qədim inanca uyğun olaraq gölün ruhunu "razı salmaq" üçün suya bir parça çörək atdıqlarını söyləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO