Simonyanın torbasını tikənlər- Aralarında müavini də var

Simonyanın torbasını tikənlər- Aralarında müavini də var

Hazırda oxunan: Simonyanın torbasını tikənlər- Aralarında müavini də var

624454

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının təxminən iyirmiyə yaxın nümayəndəsi parlamentin spikeri Alen Simonyana qarşı fəal kampaniya apararaq, Baş nazir Nikol Paşinyanın onun vəzifədən uzaqlaşdırılması ilə bağlı qəti qərar verməsinə nail olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb.
 

Məlumata görə, son aylarda hakim partiyanın üzvləri Paşinyana Simonyan barəsində ciddi kompromat materialları ötürüblər.


Həmin sənədlərdə spikerin korrupsiya sövdələşmələri, himayədarlıq (proteksionizm), özünə sadiq klan sistemi yaratması, həmçinin partiya yoldaşlarını, o cümlədən qadın deputatları mütəmadi olaraq aşağılaması ilə bağlı faktlar yer alıb.

Bununla yanaşı, mediada Simonyanın və ailə üzvlərinin var-dövlətinin qəfil və kəskin şəkildə artması barədə çıxan çoxsaylı araşdırmalar da Paşinyanın səbr kasasını daşırıb. Baş nazir partiya daxilindəki güclü müxalif əhval-ruhiyyəni nəzərə alaraq, öz komandasının böyük bir hissəsinə qarşı çıxmaq istəməyib və Simonyanın "biletini kəsib".

Simonyanı devirən "20-lər qrupu"

"Joqovurd" qəzeti spikerə qarşı gizli şəkildə birləşən və onu vəzifəsindən etdirən rəsmi şəxslərin tam siyahısını təqdim edib. Alen Simonyanın uzaqlaşdırılması üçün Paşinyana təzyiq edənlər arasında aşağıdakı şəxslər var:

Deputatlar: Hayk Sarkisyan, Armen Xaçatryan, Hayk Koncoryan, Hripsime Unanyan, Ruben Rubinyan, Culetta Azaryan, Lusine Badalyan, Zaruhi Batoyan, Hripsime Qriqoryan, Arpi Davoyan, Lilit Minasyan, Lilit Stepanyan, Andranik Koçaryan, Heriknaz Tiqranyan, Hayk Tsirunyan;

Nazirlər: Yüksək Texnologiyalar Sənayesi naziri Mxitart Hayrapetyan;

Keçmiş rəsmilər: Keçmiş deputat Vilen Qabrielyan.

Xatırladaq ki, Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinin sədri vəzifəsini tuturdu. O, son parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının siyahısında 14-cü nömrə altında qərarlaşmışdı və seçki kampaniyasında fəal iştirak etmişdi. Lakin seçkilərin nəticələri elan olunduqdan dərhal sonra partiya rəhbərliyinin xüsusi qərarı ilə o, vəzifəsini itirib.
 

Məğlubiyyəti və rüsvayçılığı ilə barışmaq məcburiyyətində qalan Simonyan deputat mandatından da imtina etdiyini bəyan edib. O, rəsmi açıqlamasında siyasi fəaliyyətinə fasilə verdiyini, bir müddət dincəlmək və "şəxsi həyatını tamamilə qaydaya salmaq" niyyətində olduğunu bildirib. Artıq Ermənistan parlamentinin spikeri postunu kimin tutacağı da dəqiqləşib.


Hakim partiyadan verilən məlumata görə, bu vəzifəyə Simonyana qarşı fəal mübarizə aparan hazırkı vitse-spiker Ruben Rubinyan gətiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO