Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Hazırda oxunan: Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

624206

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO sammitində iştirak edən dövlət başçılarına qeyri-adi hədiyyələr təqdim edib.

Bizim.Media xəbər verir ki, "Turkiye Today" nəşrinin məlumatına görə, liderlərə adları həkk olunmuş revolverlər və döyüş patronları olan qutular bağışlanıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer jurnalistlərə bildirib ki, ölkəsində qüvvədə olan sərt qanunvericiliyə görə, qısalüləli odlu silahların idxalı və şəxsi mülkiyyəti qadağan edildiyindən o, bu hədiyyəni Britaniyaya apara bilməyəcək.

Starmerin sözlərinə görə, revolver Ankarada qalacaq və istifadədən çıxarılacaq. Bildirilir ki, Ərdoğan hər bir liderə hədiyyənin Türkiyənin ixrac məhdudiyyətlərindən azad olunduğunu təsdiqləyən şəxsi məktub da təqdim edib. Lakin bu sənəd digər ölkələrin qanunvericiliyini qüvvədən sala bilməz.

Digər sammit iştirakçılarının da oxşar problemlə üzləşib-üzləşmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, NATO sammiti iyulun 7–8-də Ankarada keçirilib. Bu, 2004-cü ildən bəri Türkiyənin ev sahibliyi etdiyi ilk NATO liderlər sammiti olub. Toplantıda NATO ölkələrinin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstək və ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə tədarükünün bərpası perspektivləri müzakirə edilib. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO